Almaniya Bundestaqının sədri kiberhücumun qurbanı oldu
Dünya
419
17:20, Bu gün

Almaniya Bundestaqının sədri kiberhücumun qurbanı oldu

Almaniya Bundestaqının sədri Yuliya Klyokner kiberhücumun qurbanı olub.

Moderator.az-ın xəbərinə görə, bu barədə "Der Spiegel" nəşri məlumat verib.

Bildirilib ki, cinayətkarlar fişinq sxemi vasitəsilə onun messencerinə giriş əldə ediblər.

Bundestaqın sədri Almaniya Xristian-Demokrat İttifaqı rəhbərliyinin üzvlərinin qapalı qrup çatının üzvü olub. Bu platformada Almaniya kansleri Fridrix Merts də var. Lakin daxili kəşfiyyat mənbələrinin məlumatına görə, onun cihazında hər hansı sındırılma əlamətləri müşahidə edilməyib.

Qeyd edilir ki, haker hücumundan həmçinin Xristian-Demokrat İttifaqının ən azı bir deputatı da zərər görüb.

Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər