Zelenski: Rusiyanın enerji infrastrukturuna endirilən zərbələrin zərəri on milyardlarla dollardır
Dünya
205
16:20, Bu gün

Zelenski: Rusiyanın enerji infrastrukturuna endirilən zərbələrin zərəri on milyardlarla dollardır

Ukraynanın Rusiyanın enerji infrastrukturuna endirdiyi zərbələr nəticəsində onun itkiləri on milyardlarla ABŞ dolları ilə ölçülür.

Moderator.az "RBK-Ukrayna"ya istinadən xəbər verir ki, bunu jurnalistlərə Ukrayna Prezidenti Volodimir Zelenski bildirib.

Onun sözlərinə görə, Ukrayna Silahlı Qüvvələri Rusiya üçün ağrılı olan infrastruktura zərbələr endirir.

"Bizim enerji infrastrukturumuza Rusiyanın endirdiyi zərbələrə cavablarımıza gəlincə - şübhəsiz ki, onlar qarşılıqlıdır. Biz Rusiya üçün ağrılı olan hədəflərə hücum edirik. Bu günə qədər onların zərəri on milyardlarla ölçülür. Bunlar kritik itkilərdir", - Zelenski bildirib.

Bununla yanaşı, o əlavə edib ki, cavab tədbirləri olaraq Rusiyanın enerji infrastrukturuna zərbələr davam etdiriləcək, çünki bu, Moskvaya mümkün təzyiq yollarından biridir.

Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər