Yunanıstan gəmisi Hörmüz boğazı ərazisində hücuma məruz qalıb
Dünya
217
18:54, Bu gün

Yunanıstan gəmisi Hörmüz boğazı ərazisində hücuma məruz qalıb

Yunanıstanın yük gəmisi Hörmüz boğazı ərazisində hücuma məruz qalıb.

Moderator.az xəbər verir ki, bu barədə Yunanıstanın xarici işlər naziri Yorgo Gerapetritis CNN-ə müsahibəsində bildirib.

Onun sözlərinə görə, hadisə baş verən zaman Yunanıstan tərəfinə məxsus, Liberiya bayrağı altında üzən gəmi boğazı tərk etməyə çalışırdı.

Gerapetritis vəziyyəti son dərəcə narahatedici adlandırıb və bildirib ki, hakimiyyət orqanları bütün yunan gəmi sahiblərinə maksimum ehtiyatlı olmaq və imkan daxilində Hörmüz boğazından keçməkdən çəkinmək çağırışı ilə xəbərdarlıq göndərib.

Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər