Avropa İttifaqında miqrantların sayında tarixi REKORD
Dünya
198
16:50, Bu gün

Avropa İttifaqında miqrantların sayında tarixi REKORD

2025-ci ildə Avropa İttifaqı (Aİ) ölkələrində məskunlaşan miqrantların sayı 64 milyon nəfər olmaqla tarixi maksimuma çatıb. Bu göstərici ümumi Avropa əhalisinin təqribən 14 faizini təşkil edir.

Moderator.az-ın məlumatına görə, bu statistika Danimarkada fəaliyyət göstərən "Rockwool" qeyri-kommersiya fondunun Berlin nümayəndəliyinin hazırladığı hesabatda öz əksini tapıb.

Statistik məlumatlar "Avrostat" və BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının bazalarına istinadən hazırlanıb.

Sənəddə qeyd olunur ki, hazırda Aİ ərazisində birlik sərhədlərindən kənarda dünyaya gələn rekord sayda əhali yaşayır. 2026-cı ildə isə 2.1 milyon nəfər əlavə artım olacağı proqnozlaşdırılır. Amma bu 2024-cü illə müqayisədə 500 min nəfər daha azdır.

2010-cu ilin nəticələrinə əsasən, Aİ-də xaricdə doğulan sakinlərin sayı 40 milyon nəfər hesablanırdı. Tədqiqatın nəticələrinə görə, artımın əsas hissəsi Almaniya, Fransa, İspaniya və İtaliyanın hesabına formalaşıb. Son 15 il ərzində Almaniyada qeydiyyatda olan miqrantların sayı 10.5 milyondan 17.7 milyona qalxıb ki, bu da təqribən 70 faiz artım deməkdir.

Aİ ərazisində miqrantların ümumi əhalidəki orta çəkisi 14.2 faiz səviyyəsindədir. Kiçik dövlətlərdə bu rəqəm daha yuxarıdır: Lüksemburqda əhalinin yarısından çoxunu (51.6 faiz), Malta və Kiprdə isə təqribən üçdə birini təşkil edir. Ən aşağı faiz göstəriciləri Şərqi Avropa ölkələrindədir - Slovakiya, Bolqarıstan və Polşada 5 faizdən az olduğu təxmin edilir. Polşa 1 milyona yaxın qaçqına sığınacaq verməsinə rəğmən bu parametrdə Aİ ölkələri arasında ən son sıradadır. Qaçqın qəbulu üzrə isə yalnız Almaniya (2.7 milyon) daha yüksək göstəriciyə malikdir.

Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər