Türkiyəyə uçan təyyarə təcili eniş etdi
Dünya
268
20 Apr 2026 | 23:45

Türkiyəyə uçan təyyarə təcili eniş etdi

Rusiyadan Türkiyəyə uçan təyyarə Rumıniyanın paytaxtı Buxarestdə təcili eniş etməli olub.

Moderator.az xəbər verir ki, bu barədə TASS Avropa İttifaqının aviadispetçer xidmətlərindəki mənbəyə istinadən məlumat yayıb.

Məlumata görə, təyyarə uçuş zamanı fövqəladə vəziyyət siqnalı verərək Buxarest hava limanına eniş üçün icazə istəyib. Planlaşdırılmamış enişə səbəb sərnişinlərdən birinin səhhətinin pisləşməsi olub.

Qeyd olunub ki, sərnişini xilas etmək mümkün olmayıb və o, enişdən sonra göyərtədə vəfat edib.

Seçilmiş xəbərlər
Link kopyalandı!
Son xəbərlər