09:30
11°C
Bakı
Macarıstanda hakimiyyətə gələn “Tisa” partiyasının lideri Peter Macar əvvəlki hökumət dövründə vəzifəyə təyin olunmuş dövlət qurumlarının rəhbərlərinə istefa üçün son tarix müəyyən edib.
Moderator.az xəbər verir ki, Madyar bu barədə mətbuat konfransında danışıb.
O bildirib ki, bu şəxslər 31 may tarixinədək könüllü şəkildə vəzifələrini tərk etməlidirlər.
Madyar qeyd edib ki, həmin kadrlar Viktor Orbanın siyasi komandasıdır və onların vəzifədə qalması üçün mənəvi əsas yoxdur.
O əlavə edib ki, əgər bu tarixədək istefa verilməzsə, yeni hökumət qanuni mexanizmlərdən istifadə edərək onları vəzifədən uzaqlaşdıracaq.