Tramp Hörmüz boğazının açılmasından danışdı
Dünya
234
22:00, Bu gün

Tramp Hörmüz boğazının açılmasından danışdı

ABŞ Prezidenti Donald Tramp blokadanın saxlanması fonunda neft qiymətlərinin artmasına baxmayaraq, İranla saziş imzalanana qədər Hörmüz boğazını açmayacağını deyib.

Moderator.az xəbər verir ki, o, bu barədə "Bloomberg" agentliyinə müsahibəsində bildirib.

"Onlar istəyirlər ki, mən boğazı açım. İranlılar onun açılmasını ümidsizcəsinə istəyirlər", - deyə ABŞ lideri iddia edib.

Agentlik qeyd edir ki, ABŞ boğazın blokadasını davam etdirdiyinə və İran bayrağı altında olan gəmini ələ keçirdiyinə görə neft qiymətləri artıb.

Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər