Avropa Komissiyası Aİ-nin hərbi büdcəsini 10 dəfə artırmaq niyyətindədir
Dünya
276
20 Apr 2026 | 21:10

Avropa Komissiyası Aİ-nin hərbi büdcəsini 10 dəfə artırmaq niyyətindədir

Avropa Komissiyası 2028–2034-cü illəri əhatə edəcək yeni yeddiillik büdcədə hərbi xərcləri kəskin şəkildə artırmağı planlaşdırır.

Moderator.az xəbər verir ki, bunu Aİ-nin müdafiə üzrə komissarı Andryus Kubilyus bildirib.

Onun sözlərinə görə, hərbi büdcənin €13 milyarddan €131 milyarda çatdırılması nəzərdə tutulur.

O, Avropa Parlamentində çıxışı zamanı bildirib ki, mövcud təhlükəsizlik çağırışları fonunda müdafiə və kosmik proqramlar üzrə maliyyələşmənin artırılması zəruridir və bu istiqamətdə heç bir kompromisə yol verilməməlidir.

Kubilyus qeyd edib ki, €131 milyardlıq məbləğ minimum hədd kimi qiymətləndirilməlidir.

Seçilmiş xəbərlər
Link kopyalandı!
Son xəbərlər