“Tasnim”: İran hələlik ABŞ-la növbəti danışıqlar raunduna razılıq verməyib
Dünya
247
14:10, Bu gün

“Tasnim”: İran hələlik ABŞ-la növbəti danışıqlar raunduna razılıq verməyib

İran hələlik ABŞ-la növbəti danışıqlar raunduna razılıq verməyib.

Moderator.az xəbər verir ki, ABŞ Prezidenti Donald Trampın İranla bağlı dəniz blokadasının davam etdiriləcəyi barədə bəyanatı və ABŞ tərəfinin danışıqlarda irəli sürdüyü həddindən artıq tələblər səbəbindən Tehran hələ ki növbəti danışıqlar mərhələsinə razılıq verməyib.

Məlumatda qeyd olunur ki, İran ABŞ-ın şişirdilmiş tələblərdən çəkinməsini danışıqların davamı üçün əsas şərt kimi vurğulayır, əks halda Tehran vaxt itkisi hesab etdiyi yorucu və nəticəsiz danışıqlarda iştirak etməyəcək.

Bu mövqenin Pakistanın vasitəçiliyi ilə ABŞ rəsmilərinə çatdırıldığı vurğulanıb.

Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər