Bizi sosial şəbəkələrdən izləyin:
BBC son 15 ildə ən böyük ixtisar planını açıqlayıb.
Moderator.az xəbər verir ki, BBC-nin baş direktoru vəzifəsini icra edən Rodri Talfan Devis bəzi televiziya kanallarının və xidmətlərinin fəaliyyətinin dayandırılmasını da istisna etməyib. Yeni plan hər 10 əməkdaşdan birinin - ümumilikdə 1 800-2 000 nəfərin işdən çıxarılmasını nəzərdə tutur.
Baş direktorun sözlərinə görə, bu sərt addım yaxın iki il ərzində xərclərin 500 milyon funt-sterlinq azaldılması proqramının tərkib hissəsidir.
Qeyd edək ki, ixtisar xəbərləri qurumun hüquqi problemləri ilə eyni vaxta təsadüf edir. Belə ki, ABŞ Prezidenti Donald Tramp çıxışının təhrif olunması iddiası ilə BBC-dən 10 milyard dollar təzminat tələb edib. Bu iddia üzrə məhkəmə prosesi 2027-ci ilin fevral ayına təyin olunub.