ABŞ-də yeni bombardmançı təyyarənin ilk fotosu göstərildi - FOTO
Dünya
278
20:55, Bu gün

ABŞ-də yeni bombardmançı təyyarənin ilk fotosu göstərildi - FOTO

ABŞ-nin "B-21 Raider" strateji bombardmançısı ilk dəfə üst hissəsinin tam göründüyü fotoşəkildə nümayiş etdirilib.

Moderator.az TWZ nəşrinə istinadən xəbər verir ki, daha əvvəl istehsalçı yalnız ön və yan tərəflərin şəkillərini dərc etmişdi.

Şəkil "Northrop Grumman" şirkəti tərəfindən təqdim olunub və havada yanacaqdoldurma sınaqları zamanı çəkilib. Şirkətdən bildiriblər ki, istehsal infrastrukturunun yaradılmasına beş milyard dollardan çox vəsait ayrılıb. İlk təyyarələrin 2027-ci ildə Ellsuort aviabazasına daxil olacağı gözlənilir.

Bildirilir ki, "B-21" ölçülərinə görə silahlanmada olan "B-2 Spirit" stels-bombardmançılarından kiçikdir, lakin daha böyük uçuş məsafəsinə malikdir. Qiymətləndirmələrə görə, yeni model, ehtimal ki, sələfindəki dörd mühərrik əvəzinə iki mühərriklə təchiz olunub.

Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər