NATO Ukraynaya çoxmilyardlıq yardım vəd edib
Dünya
167
22:25, Bu gün

NATO Ukraynaya çoxmilyardlıq yardım vəd edib

Şimali Atlantika Alyansı (NATO) 2026-cı ildə Ukraynaya 60 milyard dollar həcmində hərbi yardım göstərməyi planlaşdırır.

Moderator.az Anadolu agentliyinə istinadən xəbər verir ki, bu barədə NATO-nun baş katibi Mark Rütte bildirib.

"Biz Ukraynaya lazım olan dəstəyi təmin etməliyik. Bütün müttəfiqlər bu il təhlükəsizlik və müdafiə sahəsində 60 milyard dollar hədəfinə çatmaq üçün investisiyaları artırmalıdır", - deyə o qeyd edib.

Rütte vurğulayıb ki, Kiyevə dəstək hazırda hər zamankından daha vacibdir və əlavə edib ki, yük böyük olsa da, çox az ölkə onu çiynində daşıyır.

Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər