İsrail ordusu yüksək hazırlıq vəziyyətinə gətirildi
Dünya
190
15 Apr 2026 | 22:55

İsrail ordusu yüksək hazırlıq vəziyyətinə gətirildi

İsrail Müdafiə Ordusu İran və Livandakı Hizbullah hərəkatına qarşı yeni hərbi əməliyyat planını təsdiqləyib.

Moderator.az "İnterfax" agentliyinə istinadən xəbər verir ki, bu barədə Baş Qərargah rəisi general-leytenant Eyal Zamir bildirib.

General qeyd edib ki, ABŞ hərbçiləri ilə birgə keçirilən əməliyyat zamanı İran rejiminə ciddi zərbə vurulub, onun müdafiə imkanları zəiflədilib.

"İndi biz ona nüvə proqramında, Hörmüz boğazında və gündəmdə olan digər məsələlərdə uğur qazanmağa imkan verməməliyik", - deyə o bildirib.

Eyal Zamir əlavə edib ki, İsrail Müdafiə Ordusu çox yüksək hazırlıq səviyyəsindədir.

"İsrail Hərbi Hava Qüvvələrinin təyyarələri silahlandırılıb və döyüşə hazırdır, hədəflər sistemlərə daxil edilib. Biz dərhal güclü zərbə endirməyi bacarırıq", - deyə o vurğulayıb.

Seçilmiş xəbərlər
Link kopyalandı!
Son xəbərlər