KİV: İran Hörmüz boğazında Oman tərəfdən gəmilərin hücum riski olmadan keçməsi ilə bağlı təklif irəli sürüb
Dünya
201
15 Apr 2026 | 22:47

KİV: İran Hörmüz boğazında Oman tərəfdən gəmilərin hücum riski olmadan keçməsi ilə bağlı təklif irəli sürüb

Tehran ABŞ-la aparılan danışıqlar çərçivəsində mümkün razılaşma əldə olunacağı təqdirdə gəmilərin Hörmüz boğazının Oman tərəfi ilə sərbəst şəkildə və hücum riski olmadan keçməsinə icazə verilməsini nəzərdən keçirə bilər.

Moderator.az xəbər verir ki, bu barədə “Reuters“ mənbələrə istinadən məlumat verib.

Məlumata görə, bu təklif yeni münaqişənin qarşısını almağa yönəlmiş mümkün razılaşmanın bir hissəsidir.

Adının açıqlanmasını istəməyən mənbə qeyd edib ki, İran boğazın Oman sularından keçən digər hissəsində gəmilərin Tehran tərəfindən maneəsiz hərəkət etməsinə razı ola bilər.

Lakin İranın həmin ərazidə yerləşdirilmiş mina və ya digər maneələri təmizləməyə razı olub-olmayacağı və ya İsrail ilə əlaqəli gəmilər də daxil olmaqla bütün gəmilərin sərbəst keçməsinə icazə veriləcəyi ilə bağlı məlumat verilməyib.

Xəbərdə o da vurğulanıb ki, bu təklifin reallaşması ABŞ-ın Tehranın tələblərini qəbul etməsindən asılıdır və bu şərt Hörmüz boğazı ilə bağlı mümkün razılaşmada əsas amillərdən biri sayılır.

Seçilmiş xəbərlər
Link kopyalandı!
Son xəbərlər