Bizi sosial şəbəkələrdən izləyin:
“Bildiyinizə görə dünyada “COVİD-19”-un yeni ştammı yayılır. Bu ştamın ölkəmizə gəlmə ehtimal həmişə var. Çünki xaricdən miqrasiyalar var, insanlar gəlib-gedir. Sadəcə olaraq “COVİD-19” SARS-2 virusuna bağlı bir pandemiya baş verə bilməz. Gələcəkdə koronavirusun digər variantları meydana gələ bilər. Məsələn, SARS-3 və digər başqa adlarda. “COVİD-19”-un ştammı amikron ştamının mütasiya variantıdır. Ona görə də onun təkrar pandemiya yaratmaq ehtimalı yoxdur”.
Bunu Moderator.az-a açıqlamasında Tibb elmləri doktoru, professor Adil Qeybulla deyib.
O daha sonra qripin pandemiyasının olacağını bildirib:
“Bu pandemiya mütləq olacaq. Dəqiq deyə bilmərik ki, nə vaxt olacaq?! Amma o dəqiqdir ki, gələcəkdə bizi mütləq qrip pandemiyası gözləyir. Bu elmi bir proqnozdur. Bunun vaxtını demək çətindir. Qrip virusu daim mutasiyaya uğrayır və İspan qripi tipində bir pandemiya yaradacaq. Son illər kimə baxırsan hamısı qripdir. Onlar axı həkim yoxlanışından keçmirlər. Bəlkə də onların içərisində yetəri qədər koronavirus xəstələri də var. Çox adam evdə bu xəstəliyi ayaqüstə keçirir. Bizim camaat ümumiyyətlə yoxlanmağa, həkimə getməyə meylli deyil”, - deyə Adil Qeybulla deyib.