03:08
6°C
Bakı
Çeçenistan lideri Ramzan Kadırov Rusiya Federasiyasının Sement Sənayesinin İnkişafına Xüsusi Töhfəsinə görə Birinci Dərəcəli Ordenlə təltif edilib.
Moderator.az xəbər verir ki, mükafatı Sement İstehsalçıları Birliyinin icraçı direktoru Darya Martınkina respublikaya səfəri zamanı təqdim edib.
Kadırov Martınkina ilə görüşdən sonra yazıb: "Darya Martınkinadan "Rusiya Federasiyasının Sement Sənayesinin İnkişafına Xüsusi Töhfəyə görə" Birinci Dərəcəli Ordenini almaqdan məmnunam. İşimizə bu qədər yüksək qiymət verdiyinə görə ona minnətdaram. Öz tərəfimizdən planlaşdırılan layihələrin uğurla həyata keçirilməsini və sənayenin daha da inkişafını təmin etmək üçün bütün səylərimizi göstərəcəyik".