Pentaqon: İran istiqamətində hərəkət edən heç bir gəmi blokadanı keçə bilməyib
Dünya
305
14 Apr 2026 | 23:15

Pentaqon: İran istiqamətində hərəkət edən heç bir gəmi blokadanı keçə bilməyib

Son 24 saat ərzində İran limanlarına gedən və ya oradan çıxan heç bir gəmi tətbiq edilən dəniz blokadasını yarıb keçə bilməyib.

Moderator.az xəbər verir ki, bu barədə ABŞ Mərkəzi Komandanlığı (CENTCOM) "X" hesabında paylaşım edib.

Məlumata görə, əməliyyatda 10 mindən çox ABŞ hərbçisi, onlarla hərbi gəmi və təyyarə iştirak edir.

Bildirilir ki, ilk 24 saat ərzində altı ticarət gəmisi ABŞ qüvvələrinin tələbi ilə geri dönərək Oman körfəzində yerləşən İran limanlarına qayıdıb.

Seçilmiş xəbərlər
Link kopyalandı!
Son xəbərlər