02:51
6°C
Bakı
"Taşir" Qrupunun rəhbəri Samvel Karapetyanın "Güclü Ermənistan" partiyasının şura üzvü Qoar Qumaşyan İrəvanda saxlanılıb.
Moderator.az "Kommersant" nəşrinə istinadən xəbər verir ki, o, seçkiqabağı dövrdə xeyriyyəçilik qadağasını pozmaqda şübhəli bilinir.
Partiya nümayəndələrinin bildirdiyinə görə, Qumaşyanı Korrupsiyaya Qarşı Mübarizə Komitəsinə aparıblar. İstintaq Qumaşyanın ev həbsinə göndərilməsini tələb edir.