00:08
8°C
Bakı
"TikTok" sosial şəbəkəsinin rəhbərliyi İndoneziyada rəqəmsal mühitdə uşaqların qorunması haqqında qanuna uyğun olaraq istifadəçilər üçün yaş məhdudiyyətini artırıb.
Moderator.az bu barədə "Antara" agentliyinə istinadən xəbər verir.
"Biz İndoneziyanın Rabitə və Rəqəmsal Texnologiyalar Nazirliyinin qərarlarına dərin hörmətlə yanaşırıq. Həmin qərarlara əsasən, "TikTok" da daxil olmaqla rəqəmsal platformalar 16 yaşdan yuxarı istifadəçilər üçün nəzərdə tutulmalıdır", - deyə platformanın açıqlamasında bildirilib.
"TikTok"un 16 yaşından kiçik indoneziyalı istifadəçilərin hesablarının bloklanmasını elan edən ilk platforma olduğu qeyd edilir. Qeyd olunub ki, sosial şəbəkənin rəhbərliyi artıq bu cür təxminən 780 min hesabı deaktiv edib.