Zelenski: Ukrayna və Almaniya 20 ildən sonra hökumətlərarası məsləhətləşmələri bərpa edib
Dünya
364
14 Apr 2026 | 21:10

Zelenski: Ukrayna və Almaniya 20 ildən sonra hökumətlərarası məsləhətləşmələri bərpa edib

Ukrayna və Almaniya 22 illik fasilədən sonra liderlər səviyyəsində hökumətlərarası məsləhətləşmələr formatını yenidən işə salıb.

Moderator.az xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Volodimir Zelenski Almaniya kansleri Fridrix Mertslə görüşünün yekunlarına dair bildirib.

Zelenskinin Berlinə səfəri çərçivəsində iki ölkənin bir çox sahələrdəki razılaşmalarını təsbit edən 10 sənədin imzalanması baş tutub.

"Ukrayna və Almaniya arasında strateji tərəfdaşlıq haqqında Bəyannamə 22 illik fasilədən sonra Ukrayna Prezidenti və Almaniya Kansleri səviyyəsində hökumətlərarası məsləhətləşmələr formatının yenidən işə salınmasını təsbit edir. Həmçinin, müdafiə və xarici işlər nazirləri arasında müntəzəm məsləhətləşmələr formatı ("2+2" formatı) da təsbit olunub", – məlumatda bildirilib.

Zelenskinin sözlərinə görə, razılaşmaların əhəmiyyətli hissəsi Ukraynanın müdafiə qabiliyyətinin və dayanıqlığının artırılmasına, o cümlədən energetika və bərpaya dəstək, dronlar üzrə ikitərəfli sazişin işlənib hazırlanmasına, eləcə də Ukraynanın Avropa İttifaqına gələcək üzvlüyü ilə bağlı məsələlərə yönəlib.

Seçilmiş xəbərlər
Link kopyalandı!
Son xəbərlər