Elektrik stansiyasında partlayış baş verib, 10 nəfər ölüb
Dünya
1781
14 Apr 2026 | 20:30

Elektrik stansiyasında partlayış baş verib, 10 nəfər ölüb

Hindistanın Çhattisqarh ştatında yerləşən elektrik stansiyasında partlayış baş verib.

Moderator.az xəbər verir ki, bu barədə NDTV telekanalı polisə istinadən məlumat yayıb.

Nəticədə azı 10 nəfər ölüb, 40-dan çox insan yaralanıb.

Partlayış stansiyanın qazan borusunda baş verib. Hadisədən sonra əraziyə xilasedicilər və polis cəlb olunub, axtarış-xilasetmə əməliyyatlarına başlanılıb. Yaralananlar xəstəxanaya yerləşdirilib, lakin dağıntılar altında insanların qala biləcəyi ehtimalı var.

Seçilmiş xəbərlər
Link kopyalandı!
Son xəbərlər