01:23
8°C
Bakı
“Avropa enerji üçün çarəsiz vəziyyətdədir, amma Böyük Britaniya buna baxmayaraq, dünyanın ən böyük yataqlarından biri olan Şimal dənizi neftini hasil etməkdən imtina edir. Faciədir!”
Moderator.az xəbər verir ki, bunu ABŞ Prezidenti Donald Tramp “Truth Social”da yazıb.
“Norveç isə Şimal dənizi neftini Böyük Britaniyaya ikiqat qiymətə satır və böyük qazanc əldə edir. Enerji baxımından Şimal dənizində Norveçdən daha əlverişli mövqedə olan Böyük Britaniya qazma işlərinə başlamalıdır – QAZIN, QAZIN, QAZIN! Onların bunu etməməsi tamamilə absurddur”, - Tramp vurğulayıb.