Yaxın Şərq münaqişəsi qlobal iqtisadiyyatı təhdid edir
Dünya
452
14 Apr 2026 | 17:46

Yaxın Şərq münaqişəsi qlobal iqtisadiyyatı təhdid edir

ABŞ-İsrailin İrana qarşı başlatdığı müharibə Asiya-Sakit okean regionunun iqtisadiyyatına təqribən 300 milyard dollaradək ziyan vura və milyonlarla insanı yoxsulluq həddinə çatdıra bilər.

Moderator.az xəbər verir ki, bu məlumatı CNN telekanalı BMT-nin İnkişaf Proqramının hesabatına əsaslanaraq yayıb.

Bildirilib ki, nəqliyyat xərclərinin, eləcə də elektrik enerjisi və ərzaq məhsullarının qiymətlərinin yüksəlməsi regionda 97 milyard dollardan 299 milyard dollara qədər istehsalat itkisi yaradacaq. Bu isə regional ÜDM-in 0.3-0.8%-ni təşkil edir. Nəticədə dünya üzrə 32 milyon, o cümlədən Asiya qitəsində 8.8 milyon insan yoxsulluq təhlükəsi ilə üzləşəcək.

Yaxın Şərqdən neft və qazın ən böyük alıcısı olan Asiya tarixdəki ən ciddi enerji böhranlarına qarşı xüsusilə həssasdır. Qiymət artımları və təchizatın faktiki olaraq kəsilməsi ABŞ-nin əsas müttəfiqləri sayılan Cənubi Koreya, Yaponiya və Filippinə ciddi mənfi təsir göstərib, onları öz iqtisadiyyatlarını qorumaq üçün tədbirlər görməyə vadar edib.

Bundan başqa, hesabat müəllifləri qeyd edirlər ki, qlobal istehsalın yarısından çoxu Asiyanın payına düşdüyü üçün bu regional böhranın qlobal miqyas alması qaçılmazdır.

Seçilmiş xəbərlər
Link kopyalandı!
Son xəbərlər