Tramp:
Dünya
1368
08 Apr 2026 | 20:57

Tramp: "Livan İranla atəşkəs razılaşmasına daxil edilməyib"

"Livanda döyüş əməliyyatlarının dayandırılması ABŞ və İran arasında atəşkəs şərtlərinə daxil edilməyib, çünki İsraillə "Hizbullah" hərəkatı arasında qarşıdurma ayrıca münaqişədir".

Moderator.az TASS-a istinadən xəbər verir ki, bunu ABŞ Prezidenti Donald Tramp PBS telekanalına müsahibəsində bildirib.

"Livan "Hizbullah" səbəbi ilə sazişə daxil edilməyib. Bunun da qayğısına qalınacaq", - deyə Ağ Evin rəhbəri cavab verib.

Jurnalistlər ondan İsrailin zərbələr endirməyə davam etməsinin onu qane edib-etmədiyini soruşublar: "Bu, sazişin bir hissəsidir - bunu hamı bilir. Bu, ayrıca döyüşdür", - deyə ABŞ prezidenti bildirib.

Ağ Evin rəhbərindən "Truth Social"da İran sivilizasiyasını məhv etmək imkanı barədə mesajına görə peşman olub-olmadığını soruşduqda, Tramp dəstəyi asıb.

Link kopyalandı!
Son xəbərlər