Zelenskidən Donbasla bağlı açıqlama
2072
29 Dec 2025 | 17:50

Zelenskidən Donbasla bağlı açıqlama

Ukrayna Silahlı Qüvvələrinin Donbasdan çıxması məsələsi Rusiyanın istəyidir və bu, heç kim üçün sirr deyil.

Moderator.az xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Volodimir Zelenski "X" hesabında paylaşım edib.

Onun sözlərinə görə, Ukrayna öz maraqlarını müdafiə etməyə davam edəcək:

"Onların fantaziyalarına görə, biz öz ölkəmizin ərazisində ümumiyyətlə mövcud olmamalıyıq. Bu fantaziyalar illərdir mövcuddur. Amma bizim öz torpağımız, ərazi bütövlüyümüz, dövlətimiz və maraqlarımız var. Biz Ukraynanın maraqlarına uyğun hərəkət edəcəyik".

Bu gün Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib ki, Ukraynada sülhün əldə olunması üçün Ukrayna ordusunun Donbasdan tamamilə çıxması şərtdir.

Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər