Ukraynanın mərkəzi vilayəti atəşə tutulub, ölənlər və yaralananlar var
Dünya
1725
30 Nov 2024 | 23:58

Ukraynanın mərkəzi vilayəti atəşə tutulub, ölənlər və yaralananlar var

Rusiya Silahlı Qüvvələrinin Ukraynanın Dnipropetrovsk vilayətinin Dnipro rayonunun atəşə tutulması nəticəsində dörd nəfər ölüb, 21 nəfər yaralanıb.
 
Bu barədə vilayət hərbi administrasiyasının başçısı Serhiy Lısak teleqramda bildirib.
 
Onun sözlərinə görə, zərbələrin hədəfi mağaza, çoxmənzilli və fərdi evlər olub. Region rəhbəri qeyd edib ki, sözügedən ərazilərdə zərbələrdən alışma başlayıb.
 
Lısak vurğulayıb ki, yaralananlar arasında 11 yaşlı uşaq da var. Onun vəziyyəti orta ağırdır.
Link kopyalandı!
Son xəbərlər