Brejnevi “ayı enerjili siyasətçi” adlandıran katib – onu siyasi səhnədən Suslov uzaqlaşdırıb...
Dünya
Oxunub: 3941
23 May 2024 | 13:55
Brejnevi “ayı enerjili siyasətçi” adlandıran katib – onu siyasi səhnədən Suslov uzaqlaşdırıb...
Vəzifə karyerasına Belarusiyanın komsomol orqanlarında başlayan Kiril Mazurov SSRİ-nin siyasi elitasında ən açıq fikirli şəxslərdən biri sayılıb. O, istər  mötəbər partiya tədbirlərində, istərsə də qeyri-rəsmi görüşlərdə tənqidi fikirlərini söyləməkdən çəkinməyib və sağlam rəqabətin tərəfdarı olub. Elə düşündüklərini söyləməkdən çəkinməməyi də Mazurovun siyasi fəaliyyətində ona böyük problemlər yaradıb.
 
1914-cü ildə Qomeldə anadan olan Mazurov Qomel Avtomobil Nəqliyyatı Texnikumunda və Mərkəzi Komitə yanında Ali Partiya Məktəbində təhsil alıb. Bir müddət Belarusiyanın ayrı-ayrı şəhərlərində komsomol orqanlarında çalışdıqdan sonra o, Minsk vilayət Partiya Komitəsinin birinci katibi seçilib.
 
İosif Stalinin vəfatından sonra ölkədə aparılan kadr islahatları zamanı Mazurov 1953-cü ilin iyul ayında Belarusiya Nazirlər Sovetinin sədri vəzifəsinə təyin edilib. Bu vəzifədə işlədiyi üç il müddətində o, respublikanın iqtisadiyyatında, xüsusilə kənd təsərrüfatı sahəsində yüksək göstəricilər əldə edib.
 
brejnev.jpg (63 KB)
 
1956-cı ilin iyul ayında Mazurov Kremlə dəvət olunub. Nikita Xruşşovla görüşdən sonra Minskdə növbədənkənar plenum keçirilib və Mazurov Belarusiyanın birinci katibi vəzifəsinə təsdiq olunub.
 
Mazurov Belarusiyaya rəhbərli etdiyi dövrdə sadə bir məmur kimi tanınıb, xalq arasında böyük nüfuz qazanıb.  O, əksər vaxtlarda xidməti avtomobilini özü idarə edib, mühafizəçisiz, köməkçisiz, sürücüsüz sükan arxasına keçib, ucqar rayonlara, kəndlərə üz tutub, yerli əhali ilə görüşlər keçirib, onlarla sıravi vətəndaş dilində danışıb, problemlərini öyrənib və fəaliyyətinin əsas hissəsini də mövcud problemlərin həllinə yönəldib.
 
1964-cü ilə qədər Mazurovun siyasi fəaliyyətində heç bir problem yaranmayıb, o, respublika üzrə ən yüksək göstəricilərə nail olub, birinci katib kimi onun adı Mərkəzi Komitənin iclaslarında müsbət hallanıb.
 
340798_5ceb6c210b26c5ceb6c210b2a6.jpeg (113 KB)
 
1964-cü ilin yanvar ayında isə Mazurovun sabit siyasi fəaliyyəti başqa bir məcraya yönəlib. Xruşşov Mazurova zəng vuraraq iki həftə Belarusiyada olacağını, həm istirahət edəcəyini, həm də sənədlər üzərində  işləyəcəyini bildirib. Mazurov lazım olan bütün tədbirləri görüb, Xruşşovu böyük hörmətlə qarşılayıb. Gəldiyi ilk gün onlar günorta ova çıxıblar. Axşam saatlarında Xruşşov ona ayrılmış qonaq evində özü ilə gətirdiyi sənədlərlə işləməyə başlayıb və gələcək planları haqqında Mazurovla fikir mübadiləsi aparıb. Həmin görüşdə Xruşşov öz yeni ideyası haqqında da Mazurova danışıb. Kənd təsərrüfatı sahəsinə partiya nəzarətinin gücləndirilməsi məqsədilə Xruşşov vilayət partiya komitələrini iki yerə bölməyi planlaşdırıb, yəni, kənd təsərrüfatı üzrə və sənaye üzrə vilayət partiya komitələri. Mazurov Xruşşova bu ideyasının özünü doğrultmayacağını söyləyib və belə əsaslandırıb ki, belə olduğu halda şəhər strukturları məsuliyyətdən azad olaraq kəndlərə heç bir köməklik göstərməyəcək. Xruşşov Mazurovu sona qədər dinləmədən səsinin tonunu qaldırıb:
 
-Sən heç nə anlamırsan. Çünki sən kütsən, heç nədən anlayışın yoxdur. Sən yalnız hamının dediklərini təkrarlayırsan. “Malçişka”, sən mənə ağıl qoymaq fikrindəsən? Sən kimsən axı?
 
Mazurov təmkinini pozmadan fikirlərini yenidən izah etməyə çalışıb. Ancaq Xruşşov imkan verməyib:
 
-Rədd ol buradan!
 
Mazurov bu təhqirdən sonra da təmkinini pozmayıb:
 
-Nikita Sergeyeviç, bəlkə münasibətlərimizi aydınlaşdıraq?
 
-Rədd ol, dedim, otağı tərk elə.
 
Mazurov otağı tərk edib. 10 dəqiqədən sonra Xruşov həyətə çıxıb. Köməkçisindən maşını və sürücünü tələb edib. Onlar Belarusiyanı tərk ediblər.
 
Xruşşov Minskdən Kiyevə yollanıb. Kiyevə çatan kimi Mərkəzi Komitənin katibi Frol Kozlova zəng vurub, Belarusiyaya birinci katib üçün namizədlərin seçilməsini göstəriş verib.
 
Təbii ki, Mazurov onu nələr gözlədiyini yaxşı anlayıb. Amma o, Xruşovu nələr gözlədiyini bilməyib. Xruşov Mazurovu vəzifədən uzaqlaşdırmaq istəyəndə, 1964-cü il oktyabr plenumunda onun özünü vəzifədən uzaqlaşdırıblar.
 
nqOLnamhLzzqasXCrRItZTlKIqTnVeBK.jpg (71 KB)
 
Xruşşovun komandası Kremldən təmizləndikdən sonra Mazurov 1965-ci ildə Moskvaya dəvət olunub və SSRİ Nazirlər Soveti sədrinin birinci müavini vəzifəsinə təyin edilib. Onun bu vəzifədəki fəaliyyəti istər ölkədə, istərsə də xaricdə diqqətçəkən olub. Hətta bəzi qərb ölkələrinin liderləri Mazurovu gələcəkdə SSRİ-nin rəhbəri kimi görüb. Sözsüz ki, bu da Brejnevi narahat edib. O cümlədən SSRİ Nazirlər Sovetinin sədri Aleksey Kosıgin və DTK sədri Yuri Andropov da Mazurovu Brejnevə real rəqib sayıblar.
 
Mazurovun başçılığı ilə SSRİ nümayəndə heyətinin Vyetnama səfərini televiziya ilə göstərəndə isə Brejnev ilk dəfə “qısqanclığını” Mixail Suslova bildirib:
 
-Mixail Andreyeviç, partiyanın baş ideoloqu kimi sizə elə gəlmirmi ki, biz Mazurovu həddindən artıq şişirdirik?
 
Suslov dərhal Mazurovla bağlı kursu hansı istiqamətə yönləndirməyi anlayıb.
 
1978-ci ilin oktyabr ayında Kremldə bir neçə nəfər arasında Brejnevin üçüncü dəfə Sosialist Əməyi Qəhrəmanı adı ilə təltif olunması məsələsi müzakirə olunanda Mazurov buna etirazını bildirib:
 
-Biz Brejnevi üçüncü dəfə qəhrəman etməklə onu dünya ictimaiyyətinə ayı enerjili siyasətçi kimi təqdim etmiş oluruq. Mən bunu məqsədəuyğyn saymıram.
 
Bu ifadə Suslov üçün kifayət edib ki, Mazurovun siyasi karyerasına birdəfəlik son qoysun və Suslov bunu tək etməyib. O, Mazurovu Brejnevin kabinetinə dəvət edib. Suslovun kiçik girişindən sonra Brejnev Mazurovla açıq danışıb:
 
-Kiril Trofimoviç, biz uzun illər birlikdə çalışmışıq, sizin partiyamız üçün böyük xidmətləriniz də olub. Amma belə düşünürəm ki, artıq sizin siyasi səhnədən getmək vaxtınız yetişib. Siyasi Büro belə qərara gəlib ki, siz könüllü olaraq öz ərizənizlə getsəniz daha yaxşı olar və açığını deyim ki, mən sizinlə işləmək istəmirəm.
 
2-142.jpg (79 KB)
 
Mazurov baş katiblə mübahisə etməyi, onun təklifinə fikir bildirməyi mənasız sayıb, bir cümlə ilə deməklə kifayətlənib:
 
-Leonid İliç, açığını deyim ki, heç mən də sizinlə işləmək istəmirəm.
 
Bununla da Mazurovun siyasi karyerasına son qoyulub. Təqaüdə çıxdıqdan sonra memuarlarını yazmaqla məşğul olan Mazurov Mərkəzi Komitənin tədbirlərinə qatılmasa da, o, Brejnevin, Andropovun, Çernenkonun dəfn mərasimlərində ön cərgədə dayanıb. Sabiq katib 1989-cu ildə vəfat edib. /Musavat.com/
 
Oxşar xəbərlər
16:10, Bu gün
Bakıda yaşayış binasında yanğın: Sakinlər təxliyə olundu 
16:06, Bu gün
Rusiya Avropanın əsas qaz tədarükçüsü oldu: Bəs sanksiyalar?
15:59, Bu gün
Polis avtomobilinin iştirakı ilə QƏZA - FOTO
15:51, Bu gün
Orduda Qurban bayramı münasibətilə tədbirlər keçirildi - FOTOLAR
15:44, Bu gün
Tanınmış jurnalist komaya düşdü - Vəziyyəti ağırdır - FOTO
15:41, Bu gün
Gəncədə Bəstəkarlar İttifaqının səyyar plenumu işinə başlayıb
15:35, Bu gün
İşğaldan azad edilmiş rayonlarda qurbanlıq heyvanların kəsim məntəqələri təşkil edilib - FOTOLAR
15:27, Bu gün
Türkiyə tarixində ilk: Ərdoğan niyə G7-ə dəvət edildi? – Sürpriz Qarabağ mesajı
15:20, Bu gün
Azərbaycanlı dirijor Almaniyanda simfonik orkestrin baş dirijoru seçilib
15:15, Bu gün
Hərbi hissələrdə bayram mərasimləri qapalı keçirilir: Valideynlərlə görüşlər qadağan edilib
15:10, Bu gün
“Qırmızı” bankirin qara taleyi – onu terrora cəhddə ittiham edərək güllələyiblər  
15:05, Bu gün
Yevlaxda avtomobillər toqquşdu: Səkkiz nəfər xəsarət aldı
15:00, Bu gün
Röya Ayxan "Sərxoşam"... - FOTO/VİDEO
14:55, Bu gün
Ermənistanda həbslərin növbəti dalğası: Daha səkkiz nəfər saxlanıldı
14:50, Bu gün
“Putin mənə dedi ki, bu Paşinyan lap...” - Lukaşenko
14:45, Bu gün
Bir çox insanı düşündürən sual: Süni intellekt müəllimi əvəz edəcəkmi? - MÜSAHİBƏ + FOTO
14:40, Bu gün
COP29 Təşkilat Komitəsinin üzvləri DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzi ilə tanış olublar - FOTO
14:34, Bu gün
Moskva məscidlərində Qurban bayramı namazında 200 minə yaxın müsəlman iştirak edib
14:30, Bu gün
"Globalfirepower" sensasion hərbi statistika açıqladı - Türkiyə və İran sıçrayış edib
14:25, Bu gün
Şahbaz Şərif Prezident İlham Əliyevə zəng etdi
14:20, Bu gün
Rusiyalı məşhur mərasimə milyon dollarlıq zinət əşyası ilə gəldi - FOTO
14:14, Bu gün
654 balla Qarabağ Universitetində oxumaq istəyən Əli danışdı - VİDEO
14:06, Bu gün
Məhəmməd Füzuli yaradıcılığı xarici portallarda
14:00, Bu gün
Xətai rayonunda Tibb İşçilərinin Peşə Bayramı Günü qeyd edilib - FOTOLAR
13:52, Bu gün
Serbiya və İngiltərə yığmaları böyük turnirlərdə ilk dəfə qarşılaşacaqlar
13:47, Bu gün
Yaponiya müdafiə naziri Britaniyaya GEDƏCƏK
13:41, Bu gün
Magistral yollarda bəzi hallarda sürücülər cərimələnə bilərlər - AÇIQLAMA + VİDEO
13:34, Bu gün
İranın şübhəli fəaliyyətləri: Məxfi hesabatlar ölkələrə göndərildi
13:25, Bu gün
Rostovda təcridxana əməkdaşlarını girov götürənlər məhv edildilər - YENİLƏNİB + VİDEO
13:19, Bu gün
Su içməmək kökəldir - Diqqətli olun!
13:15, Bu gün
Ukrayna ordusundan yeni strategiya: “Əyil, amma sınma!”
13:13, Bu gün
Abşeron çimərliklərində gözlənilən hava şəraiti AÇIQLANDI
13:08, Bu gün
“Banu”nun Güneli illər sonra üzə çıxdı - paylaşımı ürək sızlatdı - VİDEO
13:00, Bu gün
Şəhid leytenant Teymur Abbaslı haqda kitabda nələr yazılıb? - "Deyirdi ki, imzamı yadda saxlayın" - VİDEO
12:56, Bu gün
Yaponiyada panika: Ət yeyən bakteriyalar insanları iki gündə öldürür
12:50, Bu gün
Sabah hava meteohəssas insanlar üçün əlverişsiz olacaq
12:45, Bu gün
Yağış və dolunun fəsadları: Bölgələrdə yollar keçilməz olub - VİDEO
12:40, Bu gün
Zaur efirdə aktrisanın sinəsini yoxladı - VİDEO
12:35, Bu gün
Əli İsmayılov: “57 yaşlı Tayson bunu bacarırsa, mən bunu niyə etməyim?” - MÜSAHİBƏ
12:28, Bu gün
Sabahın hava proqnozu AÇIQLANDI
12:22, Bu gün
XXI əsrin ən çox satılan kitabları - SİYAHI + FOTO
12:15, Bu gün
Ağcaqanadlar bəzi insanları niyə daha çox dişləyirlər?
12:10, Bu gün
“Şuşa Bəyannaməsi hər iki ölkə üçün mühüm tarixi sənəddir” - Kamaləddin Qafarov
12:05, Bu gün
Biləsuvarda AĞIR QƏZA - Xəsarət alanlar var 
12:00, Bu gün
Bayramlarla əlaqədar bölgələrə axın müşahidə edilir
11:55, Bu gün
Donald Tramp: "Zelenski bütün siyasətçilər arasında ən böyük tacirdir"
11:51, Bu gün
Sumqayıtda qrad mərmisi aşkarlandı - FOTO/VİDEO
11:50, Bu gün
Sərsəng BU GÜN...   FOTOLAR
11:49, Bu gün
Rusiyada ard-arda iki dəfə zəlzələ oldu
11:45, Bu gün
Aygün hamının içində Namiqi pərt etdi - “Məni xoşbəxt edə bilmədin” - VİDEO
11:41, Bu gün
Ronaldinyo qalmaqala aydınlıq gətirdi
11:34, Bu gün
"Sürət həddini endirdilər, artıq hər dəqiqə tıxac var"
11:32, Bu gün
Vəkillər Kollegiyası tərəfindən genişmiqyaslı pulsuz hüquqi yardım aksiyaları keçirilib
11:28, Bu gün
32 ildən sonra ilk dəfə Şuşa sakinləri BAYRAM ETDİLƏR - FOTO
11:24, Bu gün
Tağı Əhmədovun toydan yeni görüntüsü - VİDEO
11:20, Bu gün
İstirahətə gedən zaman soyuducuya qəpik qoyun - SƏBƏB
11:18, Bu gün
Azərbaycanda 35 dərəcə isti olub – FAKTİKİ HAVA
11:15, Bu gün
Paşinyan niyə Lukaşenkonu hədəf seçdi? - Tarasov
11:11, Bu gün
Cəzaçəkmə müəssisəsində ÜSYAN
11:08, Bu gün
147 ünvanda qurbanlıq heyvanların satışı və kəsimi xidmətləri göstərilir
11:04, Bu gün
Mehriban Əliyeva Qurban bayramı münasibətilə paylaşım edib
11:00, Bu gün
Qurban kəsmək kimlərə vacibdir? - AÇIQLAMA + VİDEO
10:57, Bu gün
Naxçıvan istiqamətində yerləşən mövqelərimiz atəşə tutuldu
10:50, Bu gün
Qəssabdan qaçan öküz dama çıxdı - VİDEO
10:47, Bu gün
Quranda “Əksliklərin vəhdəti və mübarizəsi qanunu” ilə bağlı düşünən insanlar üçün işarələr (eyhamlar) - Görəsən Hegelin xəbəri olubmu?
10:40, Bu gün
Bu il neçə müsəlman hacı oldu?
10:35, Bu gün
"Qurban ətinin satılması şəriətə uyğun deyil” - Təzəpir məscidinin imamı
10:28, Bu gün
Ev almaq istəyənlərin NƏZƏRİNƏ: Bakıda mənzillər UCUZLAŞACAQ
10:18, Bu gün
"Android"də smartfonları oğurluqdan qorumaq üçün yeni funksiya
10:16, Bu gün
"Rusiya Ukraynanın kapitulyasiyasını arzulayır, amma bu, heç vaxt olmayacaq..." 
10:10, Bu gün
İsrail ordusu "taktiki fasilə" elan etdi
10:00, Bu gün
Azərbaycanda gəzinti qayığı yandı - 10 nəfər xəsarət aldı
09:55, Bu gün
Şuşa xəstəxanasının tikinti prosesindən yeni - VİDEO
09:46, Bu gün
Fillərdə insana bənzər özəllik - Bir-birini adı ilə çağırırlar
09:42, Bu gün
İyunun ortaları bu bürclər üçün çox uğurlu olacaq
09:35, Bu gün
Şuşada bayram namazı qılındı - FOTO
09:25, Bu gün
"Təzə Pir" məscidində bayram namazı qılındı
09:20, Bu gün
Bayramqabağı mal bazarında vəziyyət: Dana 2 000, quzu 500, dəvə 6 000 manatdır
09:11, Bu gün
İranda ədliyyə binasında PARTLAYIŞ
09:00, Bu gün
Gənc qız hərəkətdə olan avtomobildən YIXILDI
08:55, Bu gün
İsa peyğəmbərin gizli qalan TƏSVİRİ
08:41, Bu gün
Ac qalmaq xərçəngin inkişafını ləngidə bilər?
08:34, Bu gün
Azərbaycanda Qurban bayramı qeyd olunur
08:23, Bu gün
AVRO-2024: C və D qruplarında ilk oyun günü - AFİŞA
15 Jun 2024 | 23:59
Səhərlər bu mürəbbəni yeyənlər xəstəlik üzü görmür - İmmuniteti gücləndirir
15 Jun 2024 | 23:43
Azərbaycanda bədbəxt hadisə: metal qarmaq ürəyinə batdı
15 Jun 2024 | 23:37
Qərbi Azərbaycan Xronikası: “Aşıq Ələsgər yurdunun tarixi və irsi” - FOTO/VİDEO
15 Jun 2024 | 23:32
Qurban bayramını sağlam keçirmək üçün 10 kritik qayda
15 Jun 2024 | 23:30
Kürdə dəhşət: qayıq yandı, çox sayda xəsarət alan var
15 Jun 2024 | 23:25
"Çingizin gətirildiyi qanlı xərəyi götürüb..." - ŞOK FAKTLAR + FOTO
15 Jun 2024 | 23:21
Atəşkəs pozulur: Bakıya bu təklifi verməyə hazıram - Paşinyan
15 Jun 2024 | 23:13
Ulu Öndər Heydər Əliyev hər bir qələbəmizin rəmzidir - ŞƏRH
15 Jun 2024 | 23:10
Səni nə gözləyir? - Bu şəkillərdən birini seç
15 Jun 2024 | 23:00
Gövhər Ağa məscidindən sonra Şuşada bu məscidlər inşa ediləcək
15 Jun 2024 | 22:52
Diliniz sarıdırsa, bunu qətiyyən içməyin
15 Jun 2024 | 22:42
Babası yaşında kişi ilə evləndi - Dünyanı heyrətləndirən CÜTLÜK
15 Jun 2024 | 22:33
Azərbaycanlı həkimin hotel tikdirmək arzusu ürəyində qaldı - 333 min manat necə mənimsənildi?
15 Jun 2024 | 22:25
Almaniya Avropa çempionatından nə qədər qazanacaq? - Fantastik MƏBLƏĞ
15 Jun 2024 | 22:17
Türkiyənin 2 universiteti ilk 10-luğa daxil oldu
15 Jun 2024 | 22:10
Rusiya da iştirak etsəydi, daha yaxşı olardı - Fidan
GÜNLÜK
15 Jun 2024 | 18:31
Vüsalə Əlizadə, Nanə... toylara görün neçəyə gedirmiş - MƏBLƏĞİ
15 Jun 2024 | 23:59
Səhərlər bu mürəbbəni yeyənlər xəstəlik üzü görmür - İmmuniteti gücləndirir
15 Jun 2024 | 17:15
"Onu, sadəcə, Kremlin agenti kimi yola saldılar..."
15 Jun 2024 | 17:36
"Bu dövlətin uzun əsrlərdən bəri Azərbaycan türkləri tərəfindən idarəçiliyinə son qoyuldu...”
15 Jun 2024 | 16:37
"Mənimlə oynamaq olmaz" - Manafdan Leylaya
15 Jun 2024 | 18:40
“Sədərək” ticarət mərkəzində yanğın
15 Jun 2024 | 17:50
Ağcaqanadlardan necə qorunmaq olar - Ən  sadə üsul 
15 Jun 2024 | 17:00
Məşhur futbolçu VƏFAT ETDİ - FOTO
15 Jun 2024 | 17:25
Bakıdakı erməni oliqarx üçün tualet kağızı: Vardanyanın ailəsi BMT-yə müraciət etdi
15 Jun 2024 | 22:42
Babası yaşında kişi ilə evləndi - Dünyanı heyrətləndirən CÜTLÜK
HƏFTƏLİK
12 Jun 2024 | 15:48
Müharibə iştirakçılarının müavinəti artırılacaqmı?- Millət vəkili AÇIQLADI 
13 Jun 2024 | 12:01
Pensiya ilə bağlı mühüm xəbər: Məbləğ artır... - Yeni sistem belə olacaq
12 Jun 2024 | 09:10
Xuraman Muradovanın “Əsrə bərabər 20 il” kitabı təqdim edildi- FOTOLAR 
13 Jun 2024 | 22:04
“Bakı ən az 15 faiz bizim ömrümüzü qısaldır” — Paytaxtın köçürülməsi təklif edilir
12 Jun 2024 | 16:33
"Rusiyalıları ölkəmizdən qovmağın zamanı yetişib"
12 Jun 2024 | 14:18
Bakıda dəhşətli qətl: Oğul evdə dözülməz əxlaqsızlıq etdi, atası... – ŞOK TƏFƏRRÜAT
12 Jun 2024 | 14:35
Metrodan istifadə edənlərin NƏZƏRİNƏ - 15 iyundan...
01 Jan 1970 | 04:00
12 Jun 2024 | 17:12
Hava ilə bağlı SARI XƏBƏRDARLIQ - Növbəti iki gündə...
11 Jun 2024 | 15:25
Qohum evliliyinin ləğvi problemlər yarada bilər - Rəşad Mahmudov
AYLIQ
15 Jun 2024 | 18:31
Vüsalə Əlizadə, Nanə... toylara görün neçəyə gedirmiş - MƏBLƏĞİ
15 Jun 2024 | 23:59
Səhərlər bu mürəbbəni yeyənlər xəstəlik üzü görmür - İmmuniteti gücləndirir
15 Jun 2024 | 17:15
"Onu, sadəcə, Kremlin agenti kimi yola saldılar..."
15 Jun 2024 | 17:36
"Bu dövlətin uzun əsrlərdən bəri Azərbaycan türkləri tərəfindən idarəçiliyinə son qoyuldu...”
15 Jun 2024 | 16:37
"Mənimlə oynamaq olmaz" - Manafdan Leylaya
15 Jun 2024 | 18:40
“Sədərək” ticarət mərkəzində yanğın
15 Jun 2024 | 17:50
Ağcaqanadlardan necə qorunmaq olar - Ən  sadə üsul 
15 Jun 2024 | 17:00
Məşhur futbolçu VƏFAT ETDİ - FOTO
15 Jun 2024 | 17:25
Bakıdakı erməni oliqarx üçün tualet kağızı: Vardanyanın ailəsi BMT-yə müraciət etdi
15 Jun 2024 | 22:42
Babası yaşında kişi ilə evləndi - Dünyanı heyrətləndirən CÜTLÜK