Bu ştat prezident seçkilərindən sonra ABŞ-dən ayrıla bilər
2076
03 Mar 2024 | 11:29

Bu ştat prezident seçkilərindən sonra ABŞ-dən ayrıla bilər

Texasda seçkili vəzifəyə namizədlərin çoxu ştatın ABŞ-dan ayrılmasını müdafiə edənlərdir.
 
Bu barədə Texasın "Dallas Morning News" qəzeti yazıb.
 
Materialın müəllifləri ABŞ-da bir çox ştatları növbəti prezident seçkiləri üçün nümayəndələr təyin edəcəyi "Super çərşənbə axşamı"nın yaxınlaşması ilə bağlı həyəcan təbili çalırlar.
 
"Bəzi namizədlər Texasın məlum müstəqillik istəyinin tərəfdarıdırlar və ştatın ABŞ-dan ayrılmasını dəstəkləyirlər. "Texası geri qaytaraq" istəyinə imza atan namizədlərin sayı həyəcan vericidir.
 
Bu öhdəlik, seçilmiş vəzifəyə namizədin Texasın maraqlarını ABŞ-ın maraqlarından üstün tutacağı və ştatın Birləşmiş Ştatlardan ayrılması ilə bağlı referendum qanun layihəsini təşviq edəcəyi vədini ehtiva edir",- məqalədə qeyd olunub.
Link kopyalandı!
Son xəbərlər