Rüstəm Muradov Ermənistanın müdafiə naziri ilə görüşdü
Dünya
1107
18 Nov 2021 | 00:00

Rüstəm Muradov Ermənistanın müdafiə naziri ilə görüşdü

Ermənistan Müdafiə Nazirliyi Rusiya Silahlı Qüvvələrinin Cənub Hərbi Dairəsinin komandanının müavini general-leytenant Rüstəm Muradovun Bakıdan İrəvana bir erməni hərbçinin meyitini çatdırması faktını təsdiqləyib.
 
“Qafqazinfo” xəbər verir ki, bu barədə Ermənistan MN-nin mətbuat xidmətinin məlumatında deyilir. Qeyd edilir ki, R.Muradovla yeni müdafiə naziri Suren Papikyanın görüşü olub.
 
Tərəflər itkin düşmüş əsgərlərin taleyinin aydınlaşdırılması istiqamətində intensiv işi davam etdirmək barədə razılığa gəliblər.
Seçilmiş xəbərlər
Link kopyalandı!
Son xəbərlər