Lənkəranın 9 kəndində işıq olmayacaq
Cəmiyyət
191
10:08, Bu gün

Lənkəranın 9 kəndində işıq olmayacaq

Lənkəranın bir sıra kəndlərində elektrik enerjisinin verilişində müvəqqəti fasilə yaranacaq.
 
Moderator.az xəbər verir ki, bu barədə Cənub Regional Enerji Təchizatı və Satışı İdarəsinin (RETSİ) Lənkəran Elektrik Şəbəkəsi məlumat yayıb.
 
Bildirilib ki, 10 kV-luq Sinovli hava xəttində aparılacaq təmir işləri ilə əlaqədar iyunun 2-də saat 10:00-dan 11:30-dək Osakücə, Sinovli, Bəliton, Günəhir, Türkəncil, Gəgiran, Tükəvilə, Tuado və Diryan kəndlərində elektrik enerjisinin verilişində məhdudiyyət olacaq.
 
Qeyd olunub ki, təmir işləri başa çatdıqdan sonra həmin ərazilərin elektrik təchizatı bərpa ediləcək.
 
Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər