884 uşaq müəssisələrdən ailələrinə qaytarılıb - RƏSMİ
Cəmiyyət
201
15:50, Bu gün

884 uşaq müəssisələrdən ailələrinə qaytarılıb - RƏSMİ

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinin fəaliyyətə başladığı 2020-ci ildən ötən dövrdə qurum tərəfindən həyata keçirilən reinteqrasiya tədbirləri nəticəsində 884 uşağın sosial xidmət müəssisələrindən ailələrinə qayıdışına nail olunub.
 
Bu barədə Moderator.az-a ƏƏSMN-dən məlumat verilib.
 
Bildirilib ki, uşaqların ailə himayəsinə qaytarılması prosesində ailələrə sosial dəstək tədbirlərini özündə əks etdirən ailə inkişaf planları tərtib edilir. Bu plan əsasında müvafiq istiqamətlər üzrə ailələrin gücləndirilməsi üçün dəstək göstərilir.
 
"Uşaqlar ailə himayəsinə qaytarıldıqdan sonra onların ailədə ümumi vəziyyətlərinin öyrənilməsi üçün monitorinqlər həyata keçirilir.
 
Uşaqların valideyn himayəsindən məhrum olmasının qarşısının alınması istiqamətində də Agentlik tərəfindən sosial-psixoloji dəstək və maarifləndirmə işləri aparılır. Ötən dövrdə 964 uşağın ailələri tərəfindən müəssisələrə verilməsinin qarşısı alınıb", - məlumatda qeyd edilib.
 
Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər