Qubanın 3 kəndinin adı dəyişdirildi
Cəmiyyət
215
15:20, Bu gün

Qubanın 3 kəndinin adı dəyişdirildi

Quba rayonunun 3 kəndinin adı dəyişdirilib.
 
Moderator.az xəbər verir ki, bu, Prezident İlham Əliyevin təsdiqlədiyi “Quba rayonunun bəzi ərazi vahidlərinin adlarının dəyişdirilməsi haqqında” qanunda əksini tapıb.
 
Qanuna əsasən, Vladimirovka kənd inzibati ərazi dairəsi tərkibindəki Vladimirovka kəndi Elbir kəndi adlandırılacaq və Vladimirovka kənd inzibati ərazi dairəsi Elbir kənd inzibati ərazi dairəsi hesab ediləcək.
 
Alekseyevka kənd inzibati ərazi dairəsi tərkibindəki Alekseyevka kəndi Çinarlı kəndi, Timiryazev kəndi Bəhrəli kəndi adlandırılacaq və Alekseyevka kənd inzibati ərazi dairəsi Çinarlı kənd inzibati ərazi dairəsi hesab ediləcək.
 
Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər