AzVP rəhbərliyi İstiqlal abidəsini ziyarət edib - FOTO
Cəmiyyət
422
18:10, Bu gün

AzVP rəhbərliyi İstiqlal abidəsini ziyarət edib - FOTO

Azad Vətən Partiyasının bir qrup üzvü Müstəqillik Günü (Respublika Günü) münasibəti ilə “İstiqlal” abidəsini ziyarət edib.

108 il əvvəl – 28 may 1918-ci ildə müsəlman Şərqində ilk dünyəvi - demokratik dövlət olan Azərbaycan Xalq Cümhuriyyəti yaranıb və bu gün ölkədə ehtiramla qeyd edilir.

Bu munasibətlə AzVP sədri Akif Nağı  və partiyanın bir qrup üzvü cümhuriyyətin şərəfinə Bakıda ucaldılmış “İstiqlal” abidəsini ziyarət edib. Abidənin qarşısında Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda mübarizədə canlarından keçmiş qəhrəman Vətən övladlarının xatirəsi hörmətlə anılıb və onların xatirəsi bir dəqiqəlik sükutla  yad edilib, ruhlarına dualar oxunub. Azərbaycan Dövlət himni oxunduqdan sonra, partiya uzvləri abidəyə çiçək dəstələri düzüb.

AzVP sədri Akif Nağı Azərbaycan Demokratik Cümhuriyyətinin yaranması ilə bağlı çıxış edərək, əslində 1918- ci ildə Azərbaycan torpaqları ərazisində dünyəvi və demokratik dövlətin yaranmasının səbəbi kimi  xalqımızın dövlətçilik ənənələrini unutmadığını və həmin gün bu qədim  ənənəni növbəti dəfə  1918- ci il 28 mayda bərpa etdiyini bildirib. Partiya sədri  Məhəmməd Əmin Rəsulzadənin və silahdaşlarının cümhuriyyət yaratmasını sayğı və sevgi ilə andığını bildirib. Partiya üzvləri  "İstiqlal" abidəsini ziyarət etdikdən sonra görkəmli şəxsiyyət,  məşhur sahibkar,  mesenat Hacı Zeynalabdin Tağıyevin  abidəsini də ziyarət ediblər.

                              

Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər