Bakının su və kanalizasiya sistemi ilə bağlı hansı işlər görüləcək?
Cəmiyyət
175
12:05, Bu gün

Bakının su və kanalizasiya sistemi ilə bağlı hansı işlər görüləcək?

Bakı şəhərinin 64 yaşayış məntəqəsində mərkəzləşdirilmiş kanalizasiya sisteminin qurulması, həmçinin yağış sularının idarə olunması məqsədilə şəhərin 30 əsas küçə və prospektində yeni kollektorların inşası nəzərdə tutulur.

Moderator.az xəbər verir ki, bunu APA-ya müsahibəsində Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin (ADSEA) sədr müavini İlham Bayramov deyib.

O qeyd edib ki, dövlət proqramının icrası nəticəsində su mənbələrinin optimallaşdırılması hesabına Bakı şəhəri və Abşeron yarımadası üzrə su təchizatının 8.2 kubmetr/saniyə artırılması, sayğaclaşma səviyyəsinin 100%-ə çatdırılması, eləcə də su itkilərinin 20%-ə endirilməsi planlaşdırılır.

Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər