Mingəçevir şəhər icra və probasiya şöbəsinə rəis təyinatı olub.
Moderator.az xəbər verir ki, ədliyyə naziri Fərid Əhmədovun müvafiq əmri ilə bu vəzifəyə Asif Hüseynov təyin edilib.
Məlumat üçün bildirək ki, A.Hüseynov 2016-cı ildə ədliyyə orqanlarında qulluğa qəbul olaraq Tovuz rayon icra və probasiya şöbəsində icra məmuru, 2022-ci ildən böyük icra məmuru vəzifəsində işləyib. 2025-ci ildə isə Şəmkir şəhər icra və probasiya şöbəsində böyük icra məmuru təyin edilib. /Qafqazinfo.az/