Bakının mərkəzində milli geyimlərdə gəzinti-yürüş təşkil olunub - FOTO
Cəmiyyət
221
21:05, Bu gün

Bakının mərkəzində milli geyimlərdə gəzinti-yürüş təşkil olunub - FOTO

Mayın 20-də QHT Agentliyinin və Mirzə Ələkbər Sabir Fondunun birgə təşkilatçılığı ilə WUF13 çərçivəsində Bakının mərkəzində bir qrup Azərbaycan xanımlarının milli geyimlərdə gəzinti-yürüşü təşkil edilib.

Moderator.az xəbər verir ki, aksiya Bakı şəhərinin sakinləri və xarici qonaqları tərəfindən yüksək maraqla qarşılanıb.

Mirzə Ələkbər Sabir Fondunun sədri, əsərləri dövlət varidatı elan edilmiş M.Ə.Sabirin nəvəsi Sevda Tahirli bildirib ki, Qız Qalası - İçərişəhər - Natəvan heykəli - Dənizkənarı Milli Bulvar – Xəqani bağı – Fəvvarələr Meydanı – Sabir heykəli marşrutu üzrə davam etmiş gəzinti-yürüşün məqsədi milli irsin tanıdılması, milli geyimlərə, kəlağayılara maraq oyatmaqdır. S.Tahirli WUF13 çərçivəsində və Müstəqillik günü ərəfəsində bu tədbirin təşkilinin xüsusi rəmzi mənasının olduğunu qeyd edib.

Bakının mərkəzində milli geyimlərdə gəzinti-yürüş təşkil olunub - FOTO Bakının mərkəzində milli geyimlərdə gəzinti-yürüş təşkil olunub - FOTO Bakının mərkəzində milli geyimlərdə gəzinti-yürüş təşkil olunub - FOTO Bakının mərkəzində milli geyimlərdə gəzinti-yürüş təşkil olunub - FOTO Bakının mərkəzində milli geyimlərdə gəzinti-yürüş təşkil olunub - FOTO Bakının mərkəzində milli geyimlərdə gəzinti-yürüş təşkil olunub - FOTO Bakının mərkəzində milli geyimlərdə gəzinti-yürüş təşkil olunub - FOTO Bakının mərkəzində milli geyimlərdə gəzinti-yürüş təşkil olunub - FOTO

Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər