Fərhad Əliyevə yeni VƏZİFƏ VERİLDİ
Cəmiyyət
270
15:58, Bu gün

Fərhad Əliyevə yeni VƏZİFƏ VERİLDİ

Dövlət Statistika Komitəsində (DSK) kadr dəyişikliyi olub.
 
Moderator.az xəbər verir ki, bu barədə DSK sədri Azər Mursaqulov müvafiq əmr imzalayıb.
 
Əmrə əsasən, qurumun Beynəlxalq əlaqələr şöbəsinin müdiri Fərhad Əliyev vəzifəsindən azad edilib. Digər əmrlə o, Dövlət Statistika Komitəsinin Rejim və məxfi kargüzarlıq şöbəsinin müdiri təyin olunub.
 
Hazırda DSK-nın Beynəlxalq əlaqələr şöbəsinin müdiri vəzifəsi vakantdır.
 
Xatırladaq ki, Azər Mursaqulov bu ilin fevralında Prezident İlham Əliyevin sərəncamı ilə Dövlət Statistika Komitəsinin sədri təyin edilib. /yenisabah/
 
Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər