Rəfael Süleymanov işdən çıxarıldı
Cəmiyyət
237
12:55, Bu gün

Rəfael Süleymanov işdən çıxarıldı

Azərbaycan Respublikası Dövlət Statistika Komitəsində uzun illər fəaliyyət göstərən yüksək rütbəli məmur vəzifəsindən azad edilib. Qurumun strukturunda aparılan bu kadr dəyişikliyi media və ictimaiyyətin diqqətini çəkib.
 
Moderator.az xəbər verir ki, Dövlət Statistika Komitəsinin aparatının İnformasiya və ictimai əlaqələr şöbəsinin müdiri Rəfael Söhbət oğlu Süleymanov işdən çıxarılıb. Onun vəzifəsindən azad edilməsi barədə əmr Komitə sədri Azər Mursaqulov tərəfindən imzalanıb.
 
Məsələ ilə bağlı Komitədən nocomment.az-a verilən rəsmi açıqlamada xəbər təsdiqlənib və Rəfael Süleymanovun yaşına görə təqaüdə göndərildiyi bildirilib. Lakin əldə etdiyimiz məlumatlara görə, R.Süleymanovun təqaüd yaşı hələ tamam olmayıb.
 
Qeyd edək ki, Rəfael Süleymanov bütövlükdə 48 il ərzində sözügedən dövlət qurumunda müxtəlif məsul vəzifələrdə çalışıb və uzun müddət komitənin media ilə əlaqələrini koordinasiya edib.
 
Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər