Bizi sosial şəbəkələrdən izləyin:
Kliniki Tibbi Mərkəzin həkimi vəfat edib.
Moderator.az xəbər verir ki, mərkəzin anestezioloqu vəzifəsində çalışan Fətəli Fətəliyev dünyasını dəyişib. O, uzun sürən xəstəlikdən vəfat edib.
Məlumata görə, F.Fətəliyev qaraciyər serrozundan əziyyət çəkirmiş.
Qeyd edək ki, F.Fətəliyev 1991-2008-ci illərdə M.Nağıyev adına Təcili Tibbi Yardım Xəstəxanasında, 2008-ci ildən etibarən isə Kliniki Tibbi Mərkəzdə həkim-reanimatoloq-anestezioloq kimi fəaliyyət göstərib.