AZAL-dan yayılan görüntülərlə bağlı AÇIQLAMA - VİDEO
Cəmiyyət
257
12:45, Bu gün

AZAL-dan yayılan görüntülərlə bağlı AÇIQLAMA - VİDEO

"Azərbaycan Hava Yolları (AZAL) bildirir ki, sosial şəbəkələrdə yayılan və Naxçıvan Beynəlxalq Hava Limanında hazırkı vəziyyəti əks etdirdiyi iddia olunan köhnə görüntülər həqiqət deyil".

Moderator.az xəbər verir ki. bu barədə AZAL məlumat yayıb:

"Hazırda Naxçıvan istiqamətində uçuşlar əvvəlki qaydada həyata keçirilir, hava limanında əməliyyat vəziyyəti stabildir və sərnişinlərə xidmət ştat rejimdə davam edir.

Son günlər müşahidə olunan əlverişsiz hava şəraiti səbəbindən bəzi reyslərdə dəyişikliklər baş versə də, bütün qərarlar uçuş təhlükəsizliyi prioritet götürülərək qəbul olunub.

Azərbaycanın milli aviadaşıyıcısı yalnız rəsmi mənbələr tərəfindən yayılan məlumatlara istinad olunmasını tövsiyə edir".

 

Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər