Hərbi qulluqçuların minaya düşməsi faktı ilə bağlı araşdırma aparılır
Cəmiyyət
105
11:02, Bu gün

Hərbi qulluqçuların minaya düşməsi faktı ilə bağlı araşdırma aparılır

Hərbi qulluqçuların minaya düşməsi faktı ilə bağlı araşdırma aparılır.
 
Hərbi Prokurorluqdan Moderator.az-a verilən məlumata əsasən, Müdafiə Nazirliyinin N saylı hərbi hissəsinin hərbi qulluqçuları, əsgərlər Məhəmməd Hüseynov və Kamil Qaflanovun mayın 11-də Kəlbəcər rayonu ərazisində minanın partlaması nəticəsində xəsarət almaları faktı ilə bağlı Kəlbəcər Hərbi Prokurorluğunda araşdırma aparılır.
 
Qeyd edək ki, mayın 11-də Azərbaycan Ordusunun hərbi qulluqçuları Hüseynov Məhəmməd Əlibaba oğlu və Qaflanov Kamil Cəmil oğlu xidməti vəzifələrini yerinə yetirərkən Kəlbəcər rayonu ərazisində minaya düşüblər.
 
 
Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər