Vüqar Əhmədov Cəbrayıl, Qubadlı və Zəngilan sakinləri ilə görüşüb - FOTO
Cəmiyyət
194
20:07, Bu gün

Vüqar Əhmədov Cəbrayıl, Qubadlı və Zəngilan sakinləri ilə görüşüb - FOTO

Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq “Azərişıq” ASC-nin sədri Vüqar Əhmədov mayın 1-də Cəbrayılda vətəndaşları qəbul edib.

Moderator.az xəbər verir ki, Cəbrayıl, Qubadlı, eləcə də Zəngilan sakinlərinin iştirak etdiyi qəbul mərkəzi icra hakimiyyəti orqanları və digər idarəetmə qurumlarının rəhbərlərinin şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlinə əsasən təşkil olunub.

“Azərişıq” ASC-nin Cəbrayıl Rəqəmsal İdarəetmə Mərkəzində keçirilən tədbirdə Səhmdar Cəmiyyətin fəaliyyət istiqamətlərinə uyğun olan müvafiq müraciətlər cavablandırılıb. Həmçinin qaldırılan bəzi məsələlərin yerindəcə həlli ilə bağlı tədbirlər görülüb. Həlli araşdırma tələb edən məsələlərlə əlaqədar yazılı müraciət qeydə alınaraq aidiyyəti şöbələrin icraatına göndərilib. Qəbulda iştirak edən vətəndaşlar regionlarda elektrik şəbəkələrinin yenilənməsi işlərinə, eləcə də onlara göstərilən diqqət və qayğıya görə Cənab Prezident İlham Əliyevə minnətdarlıqlarını bildiriblər.

“Azərişıq” ASC tərəfindən ölkənin bütün regionlarında vətəndaşlarla, eləcə də sahibkar və fermerlərlə görüşlər təşkil olunur, onların təklif və tövsiyələri dinlənilir. Bu cür görüşlərin keçirilməsində məqsəd maarifləndirici məlumatların verilməsi ilə yanaşı, abonentlərin dayanıqlı və fasiləsiz elektrik enerjisi ilə təmin olunması, mövcud problemlərin həll edilməsi və elektrik enerjisi itkilərinin minimuma endirilməsidir.

Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər