Şənbə günü 26 dərəcə isti olacaq - PROQNOZ
Cəmiyyət
209
13:00, Bu gün

Şənbə günü 26 dərəcə isti olacaq - PROQNOZ

Mayın 2-də gözlənilən hava şəraiti açıqlanıb.
 
Milli Hidrometeorologiya Xidmətindən Moderator.az-a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin səhər bəzi yerlərdə qısamüddətli az yağış yağacağı ehtimalı var. Mülayim cənub-qərb küləyi axşama doğru arabir güclənən şimal-qərb küləyi ilə əvəz olunacaq.
 
Havanın temperaturu gecə 10-13° isti, gündüz 16-20° isti olacaq. Atmosfer təzyiqi 760 mm civə sütunu, nisbi rütubət isə 60-70 % olacaq.
 
Azərbaycanın əksər rayonlarında havanın əsasən yağmursuz keçəcəyi, lakin gündüz bəzi dağlıq və dağətəyi rayonlarda yağıntılı olacağı gözlənilir. Ayrı-ayrı yerlərdə yağıntının qısamüddətli intensiv olacağı, şimşək çaxacağı, dolu düşəcəyi ehtimalı var. Ayrı-ayrı yerlərdə arabir duman olacaq. Mülayim qərb küləyi əsəcək.
 
Havanın temperaturu gecə 9-13° isti, gündüz 21-26° isti, dağlarda gecə 3-8° isti, gündüz 13-18° isti olacaq.
Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər