Yeni Klinika və Kliniki Tibbi Mərkəzə direktorlar təyin edildi
Cəmiyyət
291
11:05, Bu gün

Yeni Klinika və Kliniki Tibbi Mərkəzə direktorlar təyin edildi

Kliniki Tibbi Mərkəzə yeni direktor təyin olunub.
 
Moderator.az "Qafqazinfo"ya istinadən xəbər verir ki, bu vəzifəyə Musa Abbasov gətirilib.
 
Bununla bağlı müvafiq Əmri Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) İdarə Heyətinin sədri Anar Bayramov imzalayıb.
 
Musa Abbasov bu gündən vəzifəsinin icrasına başlayıb. Qeyd edək ki, o, 2020-ci ildən bu təyinata qədər Mərkəzi Neftçilər Xəstəxanasının direktoru vəzifəsində çalışıb.
 
Xatırladaq ki, TƏBİB-də aparılan sonuncu islatlar zamanı KTM-in direktoru Könül Ələkbərov da vəzifəsindən azad edilmişdi.
 
***
 
Yeni Klinikaya da yeni direktor təyin edilib. Bu vəzifəyə Zəhra Vəzirova gətirilib.
 
Bununla bağlı Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) İdarə Heyətinin sədri Anar Bayramov Əmr imzalayıb. 
 
Zəhra Vəzirova bu vəzifəyə kimi İ.M.Seçenov adına Birinci Moskva Dövlət Tibb Universitetinin Bakı filialında rektor müavini vəzifəsində çalışıb. O, eyni zamanda Azərbaycan Anestezioloqlar və Reanimatoloqlar Cəmiyyətinin sədridir.
 
Xatırladaq ki, TƏBİB-də aparılan sonuncu islahatlar zamanı Yeni Klinikanın direktoru Barat Yusubov da vəzifəsindən azad olunmuşdu.
 
Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər