Bu xidmət mayın 1-dən tarixə qovuşur
Cəmiyyət
179
08:55, Bu gün

Bu xidmət mayın 1-dən tarixə qovuşur

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi rəqəmsal xidmətlər təqdim edən “e-Sosial” mobil tətbiqinin fəaliyyətini mayın 1-dən dayandıracaq.
 
Moderator.az xəbər verir ki, rəqəmsal dövlət xidmətlərinin vahid mərkəzləşdirilmiş sistemə keçirilməsi çərçivəsində Nazirliyin “e-Sosial” tətbiqi üzərindən təqdim etdiyi xidmətlər “mygov” platformasına inteqrasiya olunub.
 
Xidmətlərin təkrarlanmasının qarşısını almaq və istifadəçilərə daha rahat, mərkəzləşdirilmiş xidmət təqdim etmək məqsədilə artıq bütün xidmətlər vahid platforma – “mygov” üzərindən göstəriləcək. Bu səbəbdən “e-Sosial” mobil tətbiqinin fəaliyyəti dayandırılır./pravda
 
Link kopyalandı!
Son xəbərlər