Bizi sosial şəbəkələrdən izləyin:
Xocalının Badara, Xanabad, Təzəbinə və Xanyurdu kəndlərinə növbəti köç karvanları yola salınıb.
Moderator.az xəbər verir ki, bu mərhələdə Xocalının Badara kəndinə 59 nəfər olmaqla 16 ailənin, Xanabad kəndinə 46 nəfər olmaqla 10 ailənin , Təzəbinə kəndinə 15 nəfər olmaqla 3 ailənin, Xanyurdu kəndinə isə 25 nəfər olmaqla 4 ailənin qayıdışı baş tutub.
Qeyd edək ki, bununla da ümumilikdə Badara 105 ailə (404 nəfər), Xanabad 98 ailə (438 nəfər), Təzəbinə 163 ailə (737 nəfər), Xanyurdu 137 ailə (505 nəfər) daimi qayıdışı təmin edilib.