Azərbaycan Avropa Parlamenti ilə münasibətləri dayandıra bilər
Siyasət
209
14:07, Bu gün

Azərbaycan Avropa Parlamenti ilə münasibətləri dayandıra bilər

Rəsmi Bakı Avropa Parlamentinin Azərbaycana qarşı qərəzli mövqeyinə cavab olaraq bu qurumla münasibətləri dayandıra bilər.
 
Moderator.az bildirir ki, bu barədə Trend-ə etibarlı mənbə məlumat verib.
 
İndiyədək onsuz da Avropa Parlamenti ilə təmasları dayandırmış Azərbaycan, bu qurumla bütün münasibətlərin kəsilməsi haqda rəsmi qərar qəbul edə bilər və hazırda bu məsələ müzakirə mövzusudur.
 
Xatırladaq ki, Avropa Parlamentində müzakirəyə çıxarılmış “Ermənistanda demokratik dayanıqlığın dəstəklənməsi” adlı qətnamə layihəsi nominal olaraq Ermənistana dəstək kimi təqdim olunsa da, bir sıra bəndlər birbaşa Azərbaycana qarşı əsassız ittiham və tələblər ehtiva edir.
 
Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər