Bakı-Ağstafa-Bakı marşrutu üzrə əlavə qatar reysləri təyin edildi
Cəmiyyət
249
13:33, Bu gün

Bakı-Ağstafa-Bakı marşrutu üzrə əlavə qatar reysləri təyin edildi

“Azərbaycan Dəmir Yolları” QSC (ADY) sərnişin tələbatını təmin etmək məqsədilə 2 və 3 may tarixlərində Bakı-Ağstafa-Bakı marşrutu üzrə əlavə qatar reysləri təyin edir.
 
Qurumdan Moderator.az-a verilən məlumata görə, sözügedən reyslərə biletləri 10 faiz endirimlə dəmiryol kassalarından, ADY-nin rəsmi saytından və ya “ADY Mobile” tətbiqindən əldə edə bilərsiniz.
 
Səfərlər Bakı-Ağstafa istiqaməti üzrə mayın 2-i saat 09:15-də, Ağstafa-Bakı istiqaməti üzrə isə mayın 3-ü saat 15:00-da yola düşəcək.
 
Qeyd edək ki, bu istiqamətlər üzrə Bakı–Qazax–Bakı marşrutu ilə də gündəlik səfərlər təşkil olunur.
 
Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər