Məşhurlar üçün ayrıca qəbiristanlığın yaradılması müzakirə olunur - VİDEO
Cəmiyyət
341
23 Apr 2026 | 23:58

Məşhurlar üçün ayrıca qəbiristanlığın yaradılması müzakirə olunur - VİDEO

Bir neçə il əvvəl ölkəmizdə teatr forumu keçirilib. Xalq artisti Afaq Bəşirqızı həmin forumda bir sıra təkliflər irəli sürüb. Bu təkliflərdən biri də sənətkarlar üçün xüsusi qəbiristanlığın yaradılması olub.

Bu təklif necə qarşılanıb? Bu barədə nə düşünülür?

Moderator.az xəbər verir ki, "Azad Azərbaycan TV"nin videomaterialında bu suallara aydınlıq gətirilib.

Dünyanın bir çox ölkələrində məşhur səhnə adamlarının dəfn olunduğu xüsusi qəbiristanlıqlar mövcuddur. Bu qəbiristanlıqları təkcə onların ailə üzvləri yox, həm də sevənləri ziyarət edirlər. Rusiyanın paytaxtı Moskva şəhərindəki Novodeviçye qəbiristanlığını misal göstərmək olar. Yuri Nikulin, Mixail Bulqakov, Oleq Tabakov və digər sənətkarlar, dövlət xadimləri həmin qəbiristanlıqda dəfn olunublar.

Azərbaycanda tanınmış şəxslər üçün xüsusi qəbiristanlığın olması ideyasını yenidən gündəmə gətirən Afaq Bəşirqızı deyib ki, buna bizim ölkəmizdə də ehtiyac var.

Kinoşünas Şəhli Əmirli deyib ki, bu qəbiristanlıq aktyorların istəyi əsasında yaradıla bilər:

"Tamaşaçıların özü də aktyorlar vəfat etdikdən sonra onların ziyarətinə gedirlər. Yəni bu, aktyorların öz istəyidirsə, ona kimsə qarışa bilməz. Sənətkarların həyatı ölümündən sonra başlayır. Çünki onların obrazları onların varlığını həmişə xatırladır".

Mövzu ilə bağlı Mədəniyyət Nazirliyindən bildirilib ki, belə bir qəbiristanlığın yaradılması məsələsi hələ ki gündəmdə deyil.

 

Seçilmiş xəbərlər
Link kopyalandı!
Son xəbərlər