Azərbaycanda dörd hotelin ulduz kateqoriyası ləğv edildi
Cəmiyyət
206
16:37, Bu gün

Azərbaycanda dörd hotelin ulduz kateqoriyası ləğv edildi

Dövlət Turizm Agentliyi Azərbaycanda 4 hotelin ulduz kateqoriyasını ləğv edib.

Moderator.az "Report"a istinadən xəbər verir ki, qərar 2 və 1 ulduzlu hotellərə şamil olunub.

Belə ki, 2 ulduzlu üç və 1 ulduzlu bir hotelin kateqoriyası ləğv edilib. Bununla da ölkədə ulduz kateqoriyalı hotellərin sayı 279-dan 275-ə düşüb.

Hazırda Azərbaycanda 23 hotel 5 ulduzlu, 43 hotel 4 ulduzlu, 97 hotel 3 ulduzlu, 81 hotel 2 ulduzlu, 31 hotel isə 1 ulduzludur. Ulduzlu hotellərin 201-i Bakıda yerləşir ki, bu da ölkə üzrə ümumi göstəricinin təxminən 73%-ni təşkil edir.

Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər